Günlük arşivler: 25 Ekim 2019

“Taliban”la sülh danışıqlarındakı müəmma və Əfqanıstanın gələcəyi

Taliban'la barış müzakerelerinde girilen açmaz ve Afganistan'ın geleceği

Əfqanıstanın əmin-amanlığı və quruluşu baxımından əslində yeganə təhdid “Taliban” deyil: Mərkəzi hökuməti bölüşə bilməyən Əşrəf Qani və tacik mənşəli lider Abdullah Abdullahın rəqabəti də bir təhdid kimi görünür.

Ötən ilin dekabr ayından bəri davam edən danışıqlar ABŞ, Kabil hökuməti, “Taliban” və Pakistanın da iştirakı ilə davam edirdi və demək olar ki, Dohadakı son danışıqların uğurla nəticələndiyi xəbərləri şəxsən Qətər hökuməti tərəfindən açıqlanma astanasında idi. Ancaq Əfqanıstandakı prezident seçkiləri ölkəyə fərqli bir gündəm gətirdi. Həm siyasi təzyiqin yüksəlməsi, həm də “Taliban”la aparılan müzakirə atmosferinin gərginliyi ölkəni yeni çətin bir döngəyə doğru sürükləməyə başlayıb. Əfqanıstanın qarşısında hal-hazırda həll edilməyi gözləyən iki mühüm məsələ var: Birincisi, “Taliban”la sülh yaratmaq, 18 ildir davam edən münaqişənin bitməsi və “Taliban”ın legitimlik əldə edərək sistemə daxil edilməsi; İkincisi isə prezident seçkilərinin mümkün bir vətəndaş müharibəsi baş vermədən həll olunması.
Okumaya devam et