Öne Çıkarılmış Yazı

“Amerikada səhnənin arxasında on nəfərlik şura var və böyük qərarlar verir”

İran İslam Respublikasının keçmiş Prezidenti Mahmud Əhmədinecad İtalyanın “Corriere Della Sera” qəzetinə verdiyi müsahibədə bunları deyib: “Kapitalist sistemlər və nəzarət altındakı demokratiyalar dünyada məğlub olub və xalqın istəklərinə cavab verə bilməyib. Onlar özlərini qəbul etdirmək üçün təzyiqdən istifadə ediblər və hansı rejim və imperiya bu nöqtəyə çatsa, o sistem işi bitmiş olaraq görməlidir.

Okumaya devam et

Reklamlar
Öne Çıkarılmış Yazı

ABŞ İranın qonşuluğunda kəşfiyyat təşkilatı yaradıb

Bəhreynlilər 14 fevral 2011-ci ildən bu yana hökumətin dəyişməsi, seçilmiş hökumətin hakimiyyətə gəlməsi, ədalət, azadlıq və bərabərlik kimi dəyərlərin təmin olunması, diktaturanın və təzyiqinin sona çatması üçün meydanlarda mitinqlər keçirir.
Bəhreyn xalqı azadlıq, ədalətin təmin edilməsi, ayrıseçkiliyin aradan qaldırılması və seçilmiş şəxslərin hakimiyyətə gəlməsini istəyir.
Bəhreyn rejimi bu günə qədər xalqı yatırtmaq üçün müxalif liderlərdən bir çoxunu həbs edərək uzunmüddətli həbs cəzalarına məhkum edib.

Okumaya devam et

Öne Çıkarılmış Yazı

İsrail Babül-Məndəb boğazına hakim olmaq istəyir

Qərbi Asiya məsələləri üzrə mütəxəssis israillilərin əvvəldən bəri, Efiopiya və Eritreya kimi bəzi region ölkələrində gizli bazalar yaradaraq, Babül-Məndəb boğazındakı giriş-çıxış üzərindəki hakimiyyətini artırmağa çalışdığını bildirib…

Okumaya devam et

Öne Çıkarılmış Yazı

ABŞ kəşfiyyatı Suriya müharibəsini 30 il əvvəldən planlayıb – GENİŞ ANALİZ

MKİ-nin (CIA) 1986-ci ildə Suriya haqqında yazdığı hesabat 2011-ci ildə başlayan “üsyan” və sonrası ilə əlaqədar da işarə verir. MKİ Suriyada “iş dünyası ilə əlaqəli ziyalıların nəzarətindəki bir sünni rejimin” onlara sərf edəcəyini qeyd edir…

Okumaya devam et

Öne Çıkarılmış Yazı

Suriya ordusunun Hələb zəfərindən sonra vəhhabi və pantürkçü saytlar yalan xəbərlərə başladı (Fotofakt)

 

Dünən və bu gün etibarilə Suriya ordusu ölkənin şimal paytaxtı hesab olunan və eyni zamanda paytaxt Dəməşqdən (Şam) sonra dövlətin ən böyük ikinci şəhəri olan Hələb şəhərinin əsas və tarixi hissəsi olan şərqinin son məlumatlara əsasən 98 %-ni terrorçulardan azad edib.

Sosial şəbəkələrdə rastıma çıxan bəzi saytların yerləşdirdikləri xəbərlərdə bu zəfəri “qətliam, zorlama, dinc əhalini qırma, diri-diri yandırma” kimi əslində Suriya ordusunun döyüşdüyü vəhhabi-sələfi təfəkkürlü İŞİD, “Nusra CƏbhəsi”, “Əhraruş-Şam” kimi terror təşkilatlarına xas hərəkətləri Suriya Silahlı Qüvvələrinin adına yazdıqlarının şahidi oldum. Ən maraqlısı da odur ki, bu pantürkçü və vəhhabi-sələfiçi saytlar bu xəbərlərində (əgər bu cəfəngiyatlara xəbər demək mümkündürsə) heç bir düz-əməlli mənbəyə, qaynağa söykənmir, istinad etmirlər. Uzağı özləri kimi dezinformasiya, əqidə və ideologiyayönlü subyektiv xəbər yayan saytlardan məlumat götürürlər.

Öne Çıkarılmış Yazı

APA Azərbaycanda dini zəmində qarşıdurma mı yaratmaq istəyir?

12108729_965329673503352_5928831706802525825_n

Bu gün kompyuteri açanda bir tanıdığım adamın məni “Şiə silahlı dəstələri uşağı İŞİD üzvü olmaqda günahlandırıb tankla əzdi” başlıqlı bir xəbərə işarələdiyini gördüm. Ən əvvəldə xəbərin başlığı, əlbəttə ki, məni təəccübləndirdi. Çünki başlıq çox iddialı və təhdidkardı. Bilindiyi kimi, dünya müsəlmanlarının 15-20 %-i şiədir. Bu da ki, 250-350 milyon insan deməkdir. Azərbaycan əhalisinin isə ən azı 65 %-i şiədir. Bu da ki, ən azı təxminən 7 milyon insan deməkdir. Başlığa da məhz şiə adının çıxarılması insanda belə bir sual yaradır. “APA Azərbaycanda dini zəmində qarşıdurma mı yaratmaq istəyir?”

Okumaya devam et

Öne Çıkarılmış Yazı

İranın Yaxın Şərqdəki qılıncı: Qasim Süleymani

Dünya İŞİD-lə mübarizəyə yönəldiyi zamanda regionda İranın təsiri artır. Əfqanıstandan İraqa, Suriyadan Livana qədər hiss edilən bu təsirin arxasında isə İran-İraq müharibəsindən bu yana ölkəsinin regiondakı siyasətini müəyyən edən Qasim Süleymani var.

“Mənim adım Qasim Süleymanidir. Bunu bilməlisən ki, İranın İraq, Livan, Qəzza və Əfqanıstan siyasətinə mən nəzarət edirəm .” İraqdakı ABŞ işğal qüvvələrinin komandanı general Devid Petraeus 2008-ci ilin baharında bir toplantı əsnasında İraqın keçmiş prezidenti Cəlal Təlabaninin ona uzatdığı mobil telefonda bu qəribə mesajı oxuyanda artıq təəccüblənmədi. Çünki mesajın sahibini yaxşı tanıyırdı: İbtidai məktəb məzunu, keçmiş bir inşaat işçisi olan və İraqda özlərinə illərdir qan udduran Qüds Briqadasının başçısı Qasim Süleymani.

Okumaya devam et

Öne Çıkarılmış Yazı

Azərbaycan ədəbiyyatı

Azərbaycan ədəbiyyatı deyəndə biz nəyi nəzərdə tuturuq? Azərbaycandilli ədəbiyyat, Azərbayca ərazisində yaranan ədəbiyyat yoxsa azərbaycanlılar tərəfindən yaradılan ədəbiyyat? Azərbaycandilli ədəbiyyatı nəzərdə tuturuqsa o zaman gərək Nizami Gəncəvi, Xaqani Şirvani, Qətran Təbrizi kimi ədibləri Azərbaycan ədəbiyyatının nümayəndəsi hesab etməyək.

Okumaya devam et

Öne Çıkarılmış Yazı

İstemek başarmanın yarısıdır

Türkiyə magistrına hazırlıq çərçivəsində “Türkçe Yeterlik Sınavı” test və tapşırıqlarını işləyirdim. Yazma hissəsində belə bir tapşırıqla qarşılaşdım:

“Bir insanın istekleri arasındaki tek engel, kendi içinde büyüttüğü korkulardır. İnsan bunu aşarsa istediklerini edebilir.”

Yukarıdaki görüşe katılıp katılmadığınızı belirten, mantıklı gerekçelerle desteklenmiş en az 200   kelimeden oluşan bir kompozisyon yazınız.”

Mən də bu tapşırıq əsnasında aşağıdakı məqaləni yazdım. Sonra düşündüm ki, bu məqaləni yayımlayım.

Okumaya devam et

Öne Çıkarılmış Yazı

Bütöv Azərbaycan xəyalı

İndiki mövcud Azərbaycanın bir əli yağda, bir əli baldadı ? İndi digər əraziləri də birləşdirmək istəyirik ? Dərbənddəkilər də, Iğdır və Qarsdakılar da, Cənubdakı soydaşlarımız da hallarından razıdı. Bu tip (Bütöv Azərbaycan, Vahid Azərbaycan və s. tipli) provakativ məqalələr yazıb bir neçə qonşu dövlətin mövcud ərazi bütövlüyünə qəsd BMT qətnamələrinə zid, xarici siyasətimizə isə zərərdi. Biz bugün azərbaycanlıların yaşadığı bütün torpaqları birləşdirib Azərbaycan yaratmaq istəsək o zaman haqlı olaraq, kürd, talış, avar və ləzgilər də dövlət yaratmaq istəyəcək ki, o zaman da Azərbaycanın ərazi bütövlüyü pozulacaq. Kim razı olar buna ? Heç kim. Bu tip qeyri-real romantik xəyallardan uzaq durmaq lazımdı. Prezident də İran, Rusiya, Türkiyə və Gürcüstanla dostluq münasibətlərinə üstünlük verir, nəinki o dövlətlərin mövcud ərazi bütövlüyünə zərər vurmaq. Biz hətta mövcud Ermənistanın belə ərazi bütövlüyünü tanıyırıq.

Öne Çıkarılmış Yazı

İçərişəhərdəki məscidlərə qarşı hal-hazırki sovet siyasəti (II hissə)

Əvvəlki yazımda da qeyd etdiyim kimi bu dəfə İçərişəhərdəki məscidlərə qarşı yürüdülən hal-hazırkı “sovet siyasəti”ndən yazacam. İçərişəhərdə 20-dən çox məscid var. Bunlardan bəzilərinin adlarını qeyd edirəm:

Okumaya devam et

Öne Çıkarılmış Yazı

Sabitlik və sosial rifah sadəcə sistem növündən asılı deyil

12088522_891453554224298_5267910170688645088_n

Bu şəkildə gördüyünüz şəxs Bərzəkailər sülaləsinə mənsub olmuş və 1933-1973-cü illərdə Əfqanıstan şahı olmuş Məhəmməd Zahir Şahdır. Onun 40 illik hakimiyyəti dövründə Əfqanıstanda demək olar ki, sakitlik və sabitik olub. Baxmayaraq ki, o səsvermə ilə seçilmiş prezident falan deyildi.

Okumaya devam et

Öne Çıkarılmış Yazı

İçərişəhərdəki kilsələrə qarşı sovet siyasəti (I hissə)

Sekil 1

Şəkil: Müqəddəs Nikolay və Varfolomey kilsələri dağıdılmamışdan əvvəl

Sovet dövrünə qədər İçərişəhər ərazisində 2 kilsə mövcud olmuşdur Azərbaycan ən qədim dövrlərdən müxtəlif din və mədəniyyətlərin qovuşduğu və birlikdə sülh şəraitində mövcud olduğu bir ölkə olmuşdur. Bunun bariz nümunəsidir ki, ölkəmizdə məscid, mədrəsə, alban, erməni, provaslav, gürcü, katolik, protestant kilsələri, sinaqoq və s. tarixi və müasir dini məbədlər vardır.

Okumaya devam et

Öne Çıkarılmış Yazı

Qucaq müxalifəti

Bu yaxınlarda bir çoxumuzun bildiyi bir hadisə baş verdi. Sözdə aparıcı Elnarə Təhməzova ANS telekanalında yayımlanan özünün İncə maraqlar verilişində sonradan o verilişin də qapanmasına və özünün də kanaldan xaric olunmasına səbəb olacaq ifadələr işlətdi. İslamdan gələn və əsrlərdir Azərbaycan qadının geyim və görkəm simvoluna çevrilən hicabın qara variantını geyinən xanımlarımızı bayquşa bənzətməklə onları və onların geyimini təhqir etdi. Hicab İslamın vacibatı olduğuna görə, dolayısı yolla həm də İslamı təhqir etdi. Bu hadisə baş verər-verməz çox sərt reaksiyalar gəldi. Bu haqda bir çox statuslar, rəylər, məqalələr yazıldı. Hətta videocavablar hazırlandı. Qısacası bu hadisə həm real, həm də virtual aləmdə geniş əks-sədaya səbəb oldu və beləcə cəmiyyətin bir neçə gün əsas müzakirə obyekti oldu. Və Allaha həmd olsun ki, bütün bunlar öz bəhrəsini verdi. Və məlum qərarlar qəbul edildi.

Okumaya devam et

Öne Çıkarılmış Yazı

Xalq Cümhuriyyətini Atatürk yıxıb ?

Bugün 28 maydır. Və bildiyiniz kimi Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Kanallarda bu günlə heç bir əlaqəsi olmayan şəxsin şəklinin bayrağımızla yanaşı qoyulmasından danışmaq istəmirəm, çünki o kanallar heç biri müstəqil deyil ki, hələ bir durub müstəqil də hərəkət edələr. Ona görə də onları qınamaq düzgün deyil. Mətanətli-Mirşahinli səhərdən axşamacan çalıb-oxuyub-oynayan (və əslində Qarabağın işğalına sevinən ama üzdə) “gələn ili Qarabağda qeyd edək” deyən tv kanal və radiolar heç kimə lazım deyil. Mənim sözümün canı ayrıdır. Bildiyiniz kimi 1918-ci ilini 28 mayında yaranan cümhuriyyətimiz cəmi 1 il 11 ay sonra 1920-ci ilin 27 aprelində faktiki olaraq süqut etmişdir. (Niyə faktiki deyirəm, çünki hüquqi olaraq Azərbaycan Cümhuriyyəti ləğv edilmədi, Azərbaycan Sovet Sosialist Respublikası elan edildi.) Bəs soruşmusuz ki, bu hadisə necə oldu ? O cürə əzab-əziyyətlə qurulan dövlət necə oldu ki, bu formada-demək olar ki, heç bir ciddi müqavimət göstərmədən süqut etdi? İndi mən bir çoxlarının bilmədiyi və ya bəzilərinin bilib də gizlətdiyi bir neçə məqama aydınlıq gətirmək istəyirəm.

Okumaya devam et

Öne Çıkarılmış Yazı

İmam Xomeyninin (r) Qorbaçova göndərdiyi məktub

aba

Bismilləhir-rahmənir-rahim

Cənab Qorbaçov!

Sovet Sosialist Respublikaları İttifaqı İdarə Heyətinin sədri.

Sizə və Sovet xalqına xoşbəxtlik və can sağlığı arzulayıram.

Rəhbərliyə gəlməyinizdən sonra, belə görünür ki, dünyanın siyasi vəziyyəti və xüsusilə də Sovetlərin problemlərinə yeni yanaşma başlatmışsınız. Bu cəsarət və addımınız dünyada hazırda mövcud olan tarazlıqları sarsıda biləcək hadisələrə səbəb ola biləcəyindən, bəzi məqamları xatırlatmağı lazım gördüm.

Okumaya devam et

Öne Çıkarılmış Yazı

Qeyri-ənənəvi dini cərəyanlar

Rəhimli və Rəhman olan Allahın adı ilə

Tarix boyu müxtəlif dinlər və dinsizliklər İslama və müsəlmanlara qarşı mübarizə aparıblar. Bu mübarizə istər hərbi yolla, istərsə də ideoloji yolla həyata keçirilib. Keçmiş dövrdəki Xaç yürüşləri, XVII əsr anti-Osmanlı ittifaqı, XVIII əsr vəhabi üsyanları və s. bu dövrdəki Fələstinin işğalı, Livana qarşı mübarizə, Əfqanıstan, İraq, Liviya müharibələri və s. bunun ən bariz nümunələridir.

Okumaya devam et