Kategori arşivi: Analiz

Livanda inqilab baş verir? – Analiz

Lübnan’da devrim mi oluyor?

Vergi əleyhdarı olaraq başlayan, ancaq getdikcə hökumətin istefası və hətta rejimin devrilməsi tələblərini də ehtiva edəcək şəkildə əhatəsi genişlənən son aksiyalar səbəbiylə cavabı maraqlı olan sual budur: “Livanda inqilab baş verir?”
Okumaya devam et

“Taliban”la sülh danışıqlarındakı müəmma və Əfqanıstanın gələcəyi

Taliban'la barış müzakerelerinde girilen açmaz ve Afganistan'ın geleceği

Əfqanıstanın əmin-amanlığı və quruluşu baxımından əslində yeganə təhdid “Taliban” deyil: Mərkəzi hökuməti bölüşə bilməyən Əşrəf Qani və tacik mənşəli lider Abdullah Abdullahın rəqabəti də bir təhdid kimi görünür.

Ötən ilin dekabr ayından bəri davam edən danışıqlar ABŞ, Kabil hökuməti, “Taliban” və Pakistanın da iştirakı ilə davam edirdi və demək olar ki, Dohadakı son danışıqların uğurla nəticələndiyi xəbərləri şəxsən Qətər hökuməti tərəfindən açıqlanma astanasında idi. Ancaq Əfqanıstandakı prezident seçkiləri ölkəyə fərqli bir gündəm gətirdi. Həm siyasi təzyiqin yüksəlməsi, həm də “Taliban”la aparılan müzakirə atmosferinin gərginliyi ölkəni yeni çətin bir döngəyə doğru sürükləməyə başlayıb. Əfqanıstanın qarşısında hal-hazırda həll edilməyi gözləyən iki mühüm məsələ var: Birincisi, “Taliban”la sülh yaratmaq, 18 ildir davam edən münaqişənin bitməsi və “Taliban”ın legitimlik əldə edərək sistemə daxil edilməsi; İkincisi isə prezident seçkilərinin mümkün bir vətəndaş müharibəsi baş vermədən həll olunması.
Okumaya devam et

Meydanın masaya əks olunması: ABŞ ilə razılıq və Təhlükəsiz Bölgə

Sahanın masaya yansıması: ABD ile mutabakat ve Güvenli Bölge

Sülh Bulağı əməliyyatının doqquzuncu günündə Vitse-prezident Mayk Pens rəhbərliyindəki ABŞ Nümayəndə Heyəti 17 oktyabrda Ankaraya gəldi. Pensin Prezident Ərdoğanla 1 saat yarımdan çox üz-üzə görüşündən sonra, təxminən 4,5 saat davam edən heyətlərarası görüşlər baş tutdu. Danışıqlar nəticəsində razılığa gəlindi və 13 maddədən ibarət olan birgə bəyanat verildi.

Son sözü əvvəldən söyləmək lazım gələrsə, əldə edilən razılaşma Türkiyə baxımından konkret bir nailiyyətdir. Çünki Sülh Bulağı əməliyyatı çərçivəsində meydanda hərbi olaraq həyata keçirilməyə çalışılan məqsədlərin, daha az xərclə və itkiylə həlli ehtimalı güclü bir şəkildə ortaya çıxıb.
Okumaya devam et

Sülh Bulağı əməliyyatı və Rusiyanın münasibəti – Analiz


Sülh Bulağı əməliyyatının başlamasından bir neçə saat əvvəl, Ərdoğan və Putin arasında baş tutan telefon görüşü ilə, Rusiyanın regional maraqlarını da nəzərə alaraq əməliyyatı dəstəklədiyi ortaya çıxmışdı.
Okumaya devam et

Yəmən böhranı yeni geosiyasi zəlzələlərə səbəb ola bilər – Analiz

Yemen krizi yeni jeopolitik depremlere yol açabilir

1994-cü ildə Birinci Çeçen Müharibəsi başlayanda, bir rus general 48 saatda çeçenləri darmadağın edəcəklərini demişdi. Lakin iki ildən sonra fəlakəti yaşayan, böyük bir məğlubiyyətə uğrayan, məhz rus silahlı qüvvələri olmuşdu. Həmçinin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı rəhbərliyində 2015-ci ildə yaradılan “Ərəb Koalisiyası” da 2011-ci ildə Ərəb Baharı ilə bir dəfə də ortaya çıxan Yəmən məsələsini bir neçə ayda həll edəcəyini elan etmişdi. Amma gəlinən nöqtədə müharibə artıq Səudiyyə Ərəbistanının içərilərinə keçməyə başlamış, koalisiyanın, demək olar ki, sadəcə adı qalıb. Çünki koalisiyanın iki böyük tərəfdaşı olan Səudiyyə Ərəbistanı və BƏƏ arasındakı ixtilaflar ən yüksək həddə çatmış vəziyyətdədir.
Okumaya devam et

Türkiyənin YPG ilə mübarizəsini kürd əleydarlığı adlandırmaq, “əl-Qaidə” ilə mübarizəni islamofobik adlandırmağa bənzəyir

YPG, DSG ile birlikte devriye gezen ABD güçleri

Türkiyənin YPG-nin silahlandırılmasına reaksiya göstərilməsini kürd əleyhdarlığı kimi şərh etmək məlumatsızlıqdır

“Wall Street Journal” (WSJ) qəzetində dərc olunan bir məqalədə, “Ankaranın YPG-nin silahlandırılmasına əks reaksiya göstərməsini, kürd əleyhdarlığı kimi şərh etmək məlumatsızlıqdır. Bu eynilə “əl-Qaidə”yə qarşı mübarizəni islamofobik olaraq şərh etməyə bənzəyir” qiymətləndirməsi edilib.
Okumaya devam et