Riyad razılaşması və nəticələri nələrdir?

İstefa vermiş Mənsur Hadi hökuməti və Yəmən Cənubi Keçid Şurası ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın da iştirakı ilə razılıq müqaviləsi imzalayıblar.

Enişli-yoxuşlu uzun bir prosesin ardınca, istefa vermiş Yəmən hökuməti (İVYH) və Yəmən Cənubi Keçid Şurası (YCKŞ) ixtilafların azaldılması mövzusunda razılığa gəliblər. Yəmən Prezident Sarayının Keçid Şurası qüvvələri tərəfindən işğal edilməsinə səbəb olan istefa vermiş hökumətlə (İVH) və YCKŞ-nin ixtilafları ər-Riyadın zidd düşən tərəflər arasında razılaşma təmin etməyə çalışmağının əsl səbəbi idi.

Əslində ixtilafların və qarşıdurmaların artması ilə bir tərəfdən Səudiyyə Ərəbistanı İVYH tərəfindən təzyiqə məruz qoyuldu və bir tərəfdən də Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) koalisiyası bütövlükdə bir məğlubiyyətlə qarşı-qarşıya gəldi. Buna görə də ər-Riyad və Əbu Dabi Yəmənin cənub bölgələrində özlərinə tabe yəmənlilərin ixtilaflarını müzakirə yolu ilə həll etməyə çalışdılar.

Riyad razılaşmasına görə bütün hərbi və silahlı qüvvələr Mənsur Hadi hökuməti Müdafiə Nazirliyi tərəfindən idarə ediləcək; tərəflərin bir-birlərinə qarşı mediadakı təxribatçı fəaliyyətləri dayandırılacaq, YCKŞ “Ənsarullah” ilə müzakirələrə qatılacaq və Riyad razılaşmasından 30 gün sonra 24 nazirli bir hökumət qurulanda, nazirliklər Şimallılar və Cənublular arasında bərabər şəkildə bölünəcək.

Hərçənd razılaşma nəticəsində YCKŞ-nin YİVH-yə qoşulmasına icazə verilsə də razılaşma bir çox ziddiyyətlərlə doludur.

İlk məsələ tərəflərin fərqli strateji prioritetləridir. YİVH ölkənin birliyini vurğuladığı halda YCKŞ Cənub bölgələrinin şimaldan ayrılmasını istəyir.

İkinci məsələ isə CKŞ və Mənsur Hadi hökuməti (MHH) arasında inamsızlıq duyğusunun hakim olmasıdır. Belə bir vəziyyətdə CKŞ qüvvələrinin rahat bir şəkildə MHH Müdafiə Nazirliyinə qoşulması çox da mümkün görünmür. Digər tərəfdən də Mənsur Hadinin haqqında danışılan kabineti bir ay kimi çox az bir müddətdə qurması da o qədər də mümkün görünmür.

Üçüncü məsələ isə Yəmənin cənubundakı mühüm siyasi qrupların və şəxsiyyətlərin Riyad müzakirələrinə qatılmamağı seçməsidir. Bu istiqamətdə, bu çərçivədə əl-Sokotra və əl-Muhrə Məclisinin başçısı Şeyx Abdullah bin İsa Ali-Əfrar Səudiyyə Ordusunun Baş Qərargah rəisi Fahad bin Türki Əbdüləzizin Riyad müzakirələrinə çağırışını rədd etdi. Ş. A. İ. Ali-Əfrar bunun səbəbini isə Cənub siyasi qrupları arasında bu məclisə ədalətli bir payın düşməməsi idi. Buna paralel olaraq Sokotra adalar qrupunun əhalisi də, BƏƏ-nin varlığından olan narahatlığını da son dövrdə açıq formada ortaya qoyub.

Dördüncüsü və ən əhəmiyyətli məsələ də xüsusilə İVH başda olmaqla Səudiyyə Ərəbistanına etibar edilməməsidir. İVH-nin müəyyən üzvləri, Ədəndə Prezident Sarayının CKŞ qüvvələri tərəfindən işğalı əsnasında Səudiyyə Ərəbistanını sərt tənqid etdilər. Riyad razılaşmasının imzalanmasının ardınca da Mənsur Hadinin bürosunun başçısı və İslah Partiyasının tanınmış şəxslərindən Abdullah əl-Alimi də paylaşdığı “tweet”ində bilvasitə (dolaylı) bir şəkildə Səudiyyə Ərəbistanını bu razılaşmanın tətbiq olunmasında lazımlı əzm və iradəyə sahib olmamaqla ittiham etdi.

İVHH Nəqliyyat naziri və Riyad razılaşmasının mühüm şəxslərindən Saleh əl-Cəbvani də ironik bir şəkildə Hadiyə xitabən, “Yaxın vaxtlarda Yəməndən qeyrisinə kürəyini dayayan hər kəs zərər görəcək”, – yazıb.

Bu şərtlər altında isə Riyad razılaşmasının qısa müddət içərisində tətbiq olunmasının o qədər də mümkün olmadığı və Yəmənin cənubundakı qarşıdurmaların da davam edəcəyi deyilə bilər.

Hazırladı: Samral Guluzadeh

Mənbə: Shafaqna
Yayımlanıb: Eastnews

Yorum bırakın